Modern.az

Azərbaycanda kişilərin sayı qadınların sayına çatır

Azərbaycanda kişilərin sayı qadınların sayına çatır

Ölkə

14 İyun 2021, 17:16

İlin əvvəlindən ölkə əhalisinin sayı 13945 nəfər və ya 0,14 faiz artaraq, 2021-ci il may ayının 1-i vəziyyətinə 10.133.078 nəfərə çatıb.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

 

Cari ilin yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 39728 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,1 təşkil edib.

Doğulanların 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Körpələrdən 974-ü əkiz, 27-si isə üçəm doğulanlardır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü