Arxiv
14 İyun 2021, 22:49 | QARABAĞ
Ərdoğan Qarabağla bağlı NATO-dan dəstək istədi

"Qarabağda 30 ildən sonra gec də olsa ədalət bərqərar edildi və bölgədə sülh yenidən bərpa olundu".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

 

Ərdoğan deyib ki, regionda münaqişənin yerini rifah və daimi sülh əvəz edib:

 

“Qarabağda 30 illik bir gecikmə ilə də olsa, ədalət öz yerini tapdı və bölgədə umidlər yeridən baş qaldırdı. Savaşın yerini barışın, gərginliyin yerini əmin-amanlığın, qeyri-sabitliyin yerini daimi bir sülhün ala biləcəyi dövrün qapıları aralandı.

Ölkəmizin sərhədləri kənarında dəstəklədiyimiz bu əməliyyatlara ittifaq tərəfindən də güclü dəstək verilməsini zəruri hesab edirik".

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv