Modern.az

Görün bunda ağıl var ya yox!!!

Görün bunda ağıl var ya yox!!!

Hadisə

15 İyun 2021, 09:35

Bəzən bir nəzərlə adamın xarekterini müəyyən etmək olur. Bu mənada Xocalıda günahsız insanların qətlində bilavasitə iştirak edən və buna göstəriş verən faşist təfəkkürlü Robert Köçəryanın sifətinə anidən baxmaq kifayətdir ki, onun necə iyrənc və murdar adam olduğunu görəsən.

Hər kəsdən  xahiş edirəm, baxın onun internetdəki fotolarına, bu erməni uzunqulağın üzündə insanlığa uyğun gələn bir şey tapa bilsənsiz, mənə də deyin. Düşməndi deyə demirəm. Bu adam deyil. Zərrəcə adama oxşarlığı yoxdur. Elə bilir, Azərbaycan 30 il əvvəlki Azərbaycandır. Ağlına gələni danışır.

Tarixən Azərbaycan torpağı olan Dilican dərəsində srağagün apardığı seçkiqabağı təbliğat zamanı seçicilərin səsini qazanmaq üçün təzə sayıqlamalarla çıxış edən bu uzunqulaq hakimiyyətə gələrkən birinci planını açıqlayıb. İlkin olaraq Hadrutu və Şuşanı qaytaracağını elan edib.

Görün bunda ağıl var ya yox!!! Hədər yerə deməyiblər ki, eş qarabaxçi. Tərcüməsi eşşək qarabağlı deməkdir. İrəvan ermənləri köçəryanları indi də bu cür çağırırlar. Azərbaycan Ordusunun və Ali Baş Komandanımız İlham Əliyevin bu uzunqulaq kimilərin başına vurduğu DƏMİR YUMRUQ deyəsən erməni fahişəsindən əmələ gələn Robertə azlıq edir. 

Beləsini gərək söyəsən. Onunla siyasi dildə danışmağın bir mənası yoxdur. İkinci daha güclü yumruğu bu uzunqulaq namizəd gözləsin. Çox çəkməz, Türkiyə cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın İkinci Qarabağ savaşında düşmən üzərində böyük qələbəyə silinməz imzasını atmış qalib sərkərdəmiz İlham Əliyevlə birgə Şuşa səfəri zamanı alacaqdır. İnşallah biz bunu görəcəyik!!!


Eldar SABİROĞLU,
keçmiş millət vəkili, ehtiyatda olan polkovnik

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı