Modern.az

Ən böyük bəlanın ən sadə çarəsi - Loğman MƏSLƏHƏTİ

Ən böyük bəlanın ən sadə çarəsi - Loğman MƏSLƏHƏTİ

Mədəni̇yyət

15 İyun 2021, 10:06

Elə bir bəndə tapmazsan ki, xoşbəxt olmaq istəməsin. Amma xoşbəxt adama çox nadir hallarda rast gəlmək olur. Çünki xoşbəxtlik düsturunu bilən ağıllı adam azdır, ona əməl edənləri isə barmaqla saymaq olar. Çox az adam qidada ləzzət yox, fayda axtarır, qidalanma qaydalarına əməl edir.

Səadətə gedən yolda ən böyük səddə çevrilən bəlalardan biri, deyərdim, birincisi - qəbizlikdir.
O, yaşamaq üçün yemiyən, yemək üçün yaşayan bədbəxt insanların alın yazısıdır. Onların süfrəsində ÖLÜ qidalar (bişmiş, duza, şəkərə, sirkəyə qoyulmuş, qurudulmuş) həmişə DİRİ qidalardan (çiy su, çiy meyvə, tərəvəz, tumlar, dəmləmələr) qat-qat çox olur. Həm də qarınqulular “zəngin süfrəni” (uzlaşmayan nemətlərin bir süfrədə olması) səadətin əsas atributu sayırlar. Ölü qidaların hegomonluğu və uzlaşmayan qidaların qatışdırılması mədə- bağırsaq traktının fəaliyyətini pozur və iki bəladan birini qaçılmaz edir - insan ya ishala, əksər hallarda isə qəbizliyə məruz qalır.

Bunların hər ikisi sağlam qan yaranamasına mane olur, bizi qoruyan hüceyrələri ac qoyur, mikrobları gücləndirir və immun sistemini zəyiflədir Belə adam, səbəbi (qeyri-sağlam həyat tərzi) aradan qaldırmaq əvəzinə, nəticəni (xəstəliyi) dəf etməyə çalışır - kimyəvi preparatların köməyi ilə ishalın və ya qəbizliyin qarşısını almaq istəyir. Beləliklə də, qan daha çox zəhərlənir, immun sistemi daha da zəyifləyir, nəticədə, yeni, daha ağır xəstəliklər baş qaldırır. İnsan ömrü boyu dərmandan asılı vəziyyətdə qalır.

Halbuki, bütün xəstəliklərin təməli olan ishalın da, qəbizliyin də qarşısını çox asan yolla almaq mümkündür. Bunun üçün aşağıdakı sadə şərtlərə əməl etmək bəs edər.

  1. Həmişə süfrədə canlı qida ölü qidadan 2-3 qat çox olmalıdır.
  2. Gün ərzində hər kəs, öz çəkisindən asılı olaraq, 2-3 litr çiy suyu yeməkdən qabaq, kiçik qurtumlarla və ilıq şəkildə içməlidir.
  3. Bir dəfə süfrəyə oturanda yalnız bir növ xörəyi (çörəksiz), bir nimçə tərəvəz salatı ilə yemək olar.
  4. Qida düzülüşü qaydası mütləq belə olmalıdır: çiy su içmək, 15 dəqiqədən sonra 1 növ meyvə yemək, 30 dəqiqədən sonra 1 növ xörəyi 1 nimçə salatla yemək.
  5. Çörək böyük bəla mənbəyidir. Çörəyi tərgidə bilməyən adam onu boyat şəkildə, əsas qida kimi, salatla bərabər qəbul etsə yaxşıdır. Üstünə kərə yağ çəkmək olar.
  6. Təmiz çiy su olmasa, əvəzində ot, çiçək, yarpaq, yabanı meyvələr dəmləmləri içmək olar.


7. Yay aylarında, ən zəngin enerji mənbəi olan günəş işığı bol olduğu üçün, yüksək kolorili qidaların həcmini xeyli azaltmaq lazımdır. İsti havalarda süfrənin bəzəyi meyvə, tərəvəz, ağartı olmalıdır. Heyvandalıq məhsulları arasında üstünlüyü ayrana, təzə şora, təzə qatığa və duzsuz pendirə vermək məsləhətdir.

8. Acmamış yeməyin, doymamış - süfrədən əl çəkin.


Ən nəhayət: QULAQDA SIRQA ET QIZIL QAYDANI:

QİDADA LƏZZƏT YOX, AXTAR FAYDANI.

Xalqıma sağlam düşüncə və qranit iradə təməli üzərində ucaldılmış SƏADƏT SARAYI arzulayıram!

Ərşad Əzimzadə,
“Ana Təbiət” NGM rəhbəri, yazıçı-jurnalist

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı