Modern.az

Azərbaycanda daha bir İLK - Əkin sahələrini aqrodronlar dərmanlayacaq

Azərbaycanda daha bir İLK - Əkin sahələrini aqrodronlar dərmanlayacaq

İqtisadiyyat

15 İyun 2021, 12:10

Yeni istehsal olunan aqrodronların ümumi əhəmiyyəti və qiyməti barəsində Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova Modern.az-a açıqlama verib.


A.Məmmədova söyləyib ki, dronların əhəmiyyəti mövcud olan dərmanlanma texnologiyasından dəfələrlə üstündür:


“Aqrodronların istifadəyə verilmə vaxtı hələlik bilinmir. Ancaq  qısa müddət ərzində istifadəyə verilməsini planlaşdırırıq. İlk dəfə aqrodronları “Ekspo” sərgi mərkəzində keçirilən kənd təsərrüfatı sərgisində nümayiş etdirdik və fermerlərin marağına səbəb oldu. Dronların əhəmiyyəti mövcud olan dərmanlanma texnologiyasından dəfələrlə üstündür.  Həm operativ, həm də əlavə dərmanlara və vəsaitə qənaət olunması baxımından üstündür.  Eyni zamanda,  bitkilərin tələf olunmasının qarşısını alır. Çünki mövcud texnologiya ilə sıx əkilən sahələrdə traktor dərmanlanma işi apararkən bitkilər təkərlərin altında qalırdı və tələf olurdu. Aqrodronlar  100 m hündürlüyə qalxdığı üçün traktorların dərmanlaya bilmədiyi əraziləri dərmanlaya biləcək. Dronların digər üstünlüyü sahəni ölçmək və skan edə bilməkdir. Xəstəlik və ziyanverici  həşəratlar ilə sirayətlənmiş ərazini skan edir, daha sonra dərmanlayır”.


A.Məmmədova qeyd edib ki, xidmətə başlanıldığı zaman tarifə uyğun qiymət müəyyənləşəcək:


“Dronların qiyməti haqqında müəyyən məlumat mövcud deyil. Xidmətə başldığımız təqdirdə tariflərə uyğun olaraq qiymət müəyyənləşəcək.  Daha sonra qiymət haqqında ictimaiyyətə və fermərlərə açıqlama veriləcək”.


Aqrodronların ümumi xüsusiyyətləri aşağıdakılardır:

  • Tutumu 16 litr-dir.
  • Dolu halda maximum təzyiqlə çən 9 dəqiqəyə bitir.
  • Dron manual və avtonom formada işlədilir.
  • Manual rejimdə pilot tərəfindən sürəti və istiqaməti tənzimlənir.
  • Avtonom rejimdə pilot idarə panelində (ekran) vasitəsi ilə məsafəni və sürəti tənzimləyir.
  • Sürət 05m/s-10m/s
  • Uçuş hündürlüyü 100m-dir.
  • Puanın uçuş çəkisi 22 kg-dır.
  • Batareyanın enerjisi 30dəqdir. (maximum sürətdə)
  • Çiləmə zamanı uçuş sürəti 6-8m/s
  • Çiləmə əhatə zolağı 4.5-6m
  • 1 hektar əraziyə 48 litr dərman sərf edir.
  • 1 ha ərazini 30-35 dəqiqəyə tamamlayır.
  • Kənd Təsərrüfatı üçün Parrot Sequoia multispektral fotoaparat quraşdırılacaq.
  •  Bu 5 kameradan ibarət aparatdır.
  •  4 kamera hər biri ayrı-ayrı kanallarda çəkir - Yaşıl, Qırmızı, Kənar qırmızı və İnfraqırmızı. Bunların hər biri 1.2 MP-dur. 1 kamera isə RGB (yəni) adi kameradır. Bu isə 16 MP-dir

 


Humay İsgəndərova

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür