Modern.az

Bu günün yoluxma sayı açıqlandı

Bu günün yoluxma sayı açıqlandı

Hadisə

15 İyun 2021, 16:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 335264 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 328876 nəfər müalicə olunaraq sağalıb, 4958 nəfər vəfat edib, aktiv xəstə sayı 1430 nəfərdir.

 

Ölkədə son sutka ərzində 10316, hazırkı dövrədək isə 3637889  test aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü