Modern.az

Yaşasaydı bu gün 23 yaşı olacaqdı - UNEC-in şəhid MƏZUNU

Yaşasaydı bu gün 23 yaşı olacaqdı - UNEC-in şəhid MƏZUNU

15 İyun 2021, 17:07

15 iyun tarixi ölkəmizin ərazi bütövlüyü uğrunda başlamış 44 günlük Vətən müharibəsində canından keçən şəhid Böyükağa Şahverdiyevin doğum günüdür.

Modern.az-ın məlumatına görə, əslən Cəbrayıl rayonunun Çaxırlı kəndindən olan Böyükağa Savalan oğlu Şahverdiyev 1998-ci il iyunun 15-də Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində dünyaya gəlib.

Cəbrayıl rayon 10 nömrəli orta məktəbdə təhsil alıb.

2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinə qəbul olunub.

2019-cu ildə məzun olaraq, hərbi xidmətə yollanıb.

Vətən müharibəsi başlananda Cəbrayıl, Füzuli uğrunda döyüşlərdə iştirak edib. Böyükağanın hərbi xidmətdə vəzifəsi minaatan olub. O, düşmənin çox sayda canlı qüvvəsini və texnikasını məhv edib. Uşaqlıqdan Qarabağa, Cəbrayıla olan sevgisinin həmin əraziləri dərindən öyrənib mənimsəməsində böyük rolu olub və bu biliklərini döyüş zamanı çox dəqiqliklə tətbiq edib.

2020-ci il oktyabrın 8-də Füzuli rayonu uğrunda döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Anası deyir ki, Vətəni canı qədər sevən Böyükağa üçün “Qarabağ, Cəbrayıl, Vətən bölünməz, şəhidlər ölməz” şüarı həyat devizi idi.

Şəhidimiz subay idi. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbə qəbiristanlığının “Şəhidlər məzarlığında” dəfn edilib.

Allah rəhmət eləsin…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?