Modern.az

Şuşa bəyannaməsinin hədəfləri: bundan sonra nələr olacaq? - TƏHLİL

Şuşa bəyannaməsinin hədəfləri: bundan sonra nələr olacaq? - TƏHLİL

15 İyun 2021, 20:13

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini ana və əlavə müddəalar olaraq şərh edə bilərik.

 

İki ana müddəa var:

 

  1. 1. 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci ildə Şuşa bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin qarantı oldu;

  2. 2. Bununla Türkiyə ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi;

Əlavə müddəalar:

 

Birinci: İki ölkənin silahlı qüvvələri tərəflərdən birinin ərazi bütövlüyünə təhdid, yaxud müdaxiləyə qarşı birgə addım atacaq;


İkinci: İki ölkənin ordusu hərbi arsenalın təminatından tutmuş, təlimlərə qədər bütün istiqamətlərdə birgə formalaşdırılacaq;


Üçüncü: İki ölkənin Milli Təhlükəsizlik Şurası mütəmadi olaraq birgə iclaslar keçirəcək və milli maraqların qorunması ilə bağlı qərarlar verəcək;


Dördüncü: İki ölkə beynəlxalq siyasi platformada birgə fəaliyyəti genişləndirəcək;


Beşinci: Zəngəzur dəhlizinin açılması üçün birgə səylər artırılacaq;

 

Şuşa bəyannaməsindən çıxan nəticələr və gözləntilər:

 

a) Qarabağda sülhməramlı kontigent saxlayan Rusiyanın əl-qolu bağlanır;

 

  • Ruslar Xankəndidə Azərbaycana qarşı hər-hansı təhdid yaradacaqsa, qarşısında Türkiyəni görəcək;

  • - Bu, 5 il sonra - mümkündür ki, daha tez olsun – Rusiya sülhməramlılarının bölgədən çıxması və ermənilərin yaşaması üçün ayrılan bölgələrdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin başlanğıcı hesab oluna bilər;

  • - Ərdoğanın səfərindən öncə qeyd etdiyimiz kimi, Bakı bundan sonra 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası – erməni qoşunların çıxarılması tələbini sərtləşdirə bilər;

  • - Torpaqlarımızda separatçı rejimin və erməni terrorçuların neytrallaşdırılması məqsədilə mümkün anti-terror əməliyyatlarını Azərbaycan və Türkiyə ordusu birlikdə həyata keçirəcək;

b) Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsində artıq Türkiyə də tərəfdir;

 

  • Sərhəddə “beynəlxalq müşahidəçilərin” yerləşdirilməsi baş verərsə, Türkiyə də müşahidəçilər arasında olacaq;

  • - Mümkündür ki, sərhəd məsələsi də Türkiyə və Rusiya tərəfindən həll ediləcək;

  • - Sərhəddə maraqlarımıza qarşı yarana biləcək təhdidlər Türkiyənin iştirakı ilə neytrallaşdırılacaq;

c) c) Qarabağ məsələsi üzərindən Minsk qrupu formatının dirildilməsi cəhdləri baş tutmayacaq;

 

  • Bölgədə praktiki addımlarla Azərbaycanın sərhədləri daxilində yarana biləcək təhlükələri neytrallaşdıran Türkiyə beynəlxalq siyasi platformada da bu cəhdlərə qarşı qalxan olacaq;

ç) Azərbaycan və Türkiyə ordusu de-fakto birləşir;

 

  • Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsini həyata keçirəcək;

  • - Müdafiə sanayesi sahəsində birgə müəssisələrin yaradılması reallaşa bilər: Azərbaycanda İHA istehsal mərkəzinin açılacağı gözləniləndir;

d) Türkiyə Zəngəzur dəhlizinin də təhlükəsizliyinin qarantına çevrilir;

 

Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün başlanğıcıdır.

 

Və burada bir neçə mühüm məqamı da vurğulamaq lazımdır:

 

  1. 1. Azərbaycan sərhədinin təhlükəsizliyinin qarantı olan müttəfiqlik bəyannaməsi Qarabağda “status” arzularının da birdəfəlik dəfn edilməsi deməkdir, hətta “statusu” gələcəyə saxlayan Rusiya belə buna nail ola bilməyəcək;

  2. 2. Qarabağda və bütün bölgədə güc balansı Bakının xeyrinə dəyişdi;

  3. 3. Cənubi Qafqazda uzun illər tək güc olan Rusiya bölgəni Türkiyə ilə bölüşdü: bu, ruslara da sərf edir;

Azərbaycana qarşı Cənubdan, Şimaldan və Qərbdən gələ biləcək bütün mümkün təhdidlərin qarşısında artıq rəsmi olaraq Türkiyə var.

 

Asif Nərimanlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər