Modern.az

Robert Koçaryanın əsl atası azərbaycanlı olub? - İDDİA

Robert Koçaryanın əsl atası azərbaycanlı olub? - İDDİA

15 İyun 2021, 22:58

Ermənistanda növbədənkənar parlament seçkilər gəlir və 20 iyunda azəri balası Robert qalib gəlmək əzmindədir. Bəli, bəli, dostlar Ermənistanın eks-prezidenti, hazırkı baş nazir Nikol Paşinyanın əsas rəqibi Robert Koçaryanın anası erməni olsa da, əsl atası azərbaycanlıdır. Yeri gəlmişkən, bəzi erməni saytları bunu çoxdan yazır. Bu əhvalatı köhnə Daşkəsən əhli hamısı bilir, mən də onların dilindən danışıram...


Deməli, Robert 1954-cü ildə avqustun 21-də Azərbaycanın Daşkəsən şəhərində doğulub. Anası Emma Oqanyan Daşkəsənin keçmiş Şarukan kəndindəndir. Kənd şəhərin aşağı tərəfindədir, yolun kənarında yerləşir. Kəndin ibtidai sinif müəlliməsi Emma həddindən artıq gözəl qız olub. Bunu Daşkəsənin Maarif müdiri (milliyətcə azərbaycanlı, əslən gəncəlidir, adını çəkmək istəmirəm) hamıdan əvvəl görüb, gənc və gözəl müəlliməni 1952-ci idə ildə Daşkəsən şəhər məktəblərindən birinə dəvət edib. Bəli, bizim azərbaycanlılar belədirlər, gözəlliyin kənddə solmasını istəmirlər. Həm də o vaxtlar dəb idi, hər pullu azərbaycanlı kişinin ikinci erməni arvadı olmalı idi...


Qərəz, Emma Oqanyan Daşkəsən şəhər məktəbində müəllimə işləyir, şəxsən onun üçün bina evində kirayə edilmiş mənzildə yaşayır. Maarif müdiri təbii ki, gənc müəllimənin taleyinə biganə qala bilmir, tez-tez ona baş çəkir. Beləliklə, gələcək Ermənistan prezidenti Robertin təməli qoyulur. Amma “Müqəddəs ruh”, “müqəddəs Məryəm” nağılları keçmişdə qalmışdı və həmin dövrdə bu məsələlərə artıq Rayon Partiya Komitəsi baxırdı. Maarif müdiri “müqəddəs Məryəm”ə təcili bir ər tapır və bu, Maarif idarəsinin çolaq sürücüsü Sedrak Koçaryan olur. Gələcək Ermənistan prezidenti bu erməninin soyadını daşıyır...


Amma daşın, divarın da qulağı var deyirlər. Məsələ Rayon Partiya Komitəsinə çatır. Rayonun 2-ci katibi (milliyətcə azərbaycanlı, əslən ermənistanlıdır, adını çəkmək istəmirəm) əvvəl gənc müəllimə Emma Oqanyanı yanına çağırtdırır. Gözəl müəllimə yaşlı katibi də başdan çıxarır. Yaşlı katib gənc müəlliməni “anormal həyat tərzi” keçirməkdə ittiham edir, işdən qovmaqla hədələyir. Gənc müəllimə ağlayır, hər şeyi danışır, katibin diqtəsi ilə bir ərizə də yazır. Aydın olur ki, Maarif müdiri kommunistə yaraşmayan addım atıb, gənc müəlliməni yoldan çıxarıb...


Səhərisi gün maarif müdiri Rayon Partiya Komitəsinə dəvət olunur və məsələdən agah olur. Onun öz ərizəsi ilə işdən çıxmaqdan başqa çarəsi qalmır. Sakitcə Gəncəyə, öz ailəsinin və iki oğlunun yanına qayıdır. Deyirlər həmin qardaşlar indi də sağdır və bir şəklin iki surəti kimi Robertə oxşayır.


Emma Oqanyanın həyatında isə yeni bir “katib dövrü” başlayır. Hətta əri Sedakın da vəzifəsi böyüyür, qaraj müdiri təyin olunur. Emmanın “katib dövrü” 80-lərin axırlarına, erməni - azərbaycanlı qarşıdurması başlanana qədər davam edir. 88 – 89-cu illərdə Emmanın ailəsi katibin əli və köməyi ilə Daşkəsəni tərk edir, Dağlıq Qarabağa, Xankəndinə gedir. Burda Robert Koçaryanın yeni həyat dastanı yazılır...


Dostlar, azərbaycanlı balası Robertin sonrakı taleyi ilə “Vikipediya” İnternet ensiklopediyasında, “Robert Koçaryan” bölməsində tanış ola bilərsiniz...



Qalib ARİF 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir