Arxiv
16 İyun 2021, 00:22 | QARABAĞ
“Qarabağla bağlı hər şey bitdi” – Ter-Petrosyandan ETİRAF

"Qarabağ probleminin həlli üçün ən əlverişli dövr 1994-cü il idi. Azərbaycan çox acınacaqlı bir vəziyyətdə idi. Status məsələsi həll olunmadı, lakin DQMV-nin bütün ərazisi qaldı, həmçinin Laçın dəhlizi, sülhməramlılar gətirildi".

 

Modern.az "news.am"a istinadla xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan İctimai Televiziyanın efirində bəyan edib.

 

O, azad edilmiş ərazilərin daimi olaraq saxlanıla biləcəyini düşünməyi absurd hesab etdiyini bildirib.

 

“Bu sualda müttəfiq yoxdur və olmayıb da. İndi hər şey daha mürəkkəbdir, o zaman qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yox. Bu fürsəti itirmişik. Bizim heç bir şeyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”, - deyə Ter-Petrosyan qeyd edib.

 

O, ikinci prezident Robert Köçəryanın Şuşa və Hadrutun geri qaytarılması ehtimalına dair açıqlamasını təhlükəli hesab edib.

 

“Bu, problemlərə səbəb ola bilər. İndi orada Azərbaycan qoşunları var, bu yalnız müharibə vəziyyətində mümkündür. Yəni Robert Köçəryan yeni bir müharibə vəd edir. Azərbaycanı kim tərk edəcək? Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Yalnız bir hissəsini bərpa etdi, heç kim Azərbaycanı qınamadı. Bu dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi” - deyə Ter-Petrostan bildirib.

 

Turan ASLAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv