Modern.az

Bayden və Putin görüşünün saatı AÇIQLANDI

Bayden və Putin görüşünün saatı AÇIQLANDI

Dünya

16 İyun 2021, 08:26

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Co Bayden arasında əvvəlcədən planlaşdırılmış görüş bu gün Cenevrədə “La Grange” villasında yerli vaxtla saat 13:35-də (Bakı vaxtı ilə 15:35-də) başlayacaq.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən yayılan məlumatda bildirilib.

 

Protokola görə, yerli vaxtla saat 14: 55-də (Bakı vaxtı ilə 16: 55-də) tərəflər arasında mətbuatın iştirakı olmadan geniş tərkibdə görüş başlayacaq.

 

Həmçinin, bildirilib ki, iki dövlət başçısının görüşündən sonra mətbuat konfransı keçiriləcək. Lakin Ağ Ev brifinqin başlama vaxtını açıqlamayıb.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, iki lider arasında keçiriləcək görüş üşün fasilələr və formatlardakı dəyişikliklər nəzərə alınaraq ümumilikdə təxminən 4-5 saat vaxt ayrılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...