Modern.az

Sabiq deputat İbrahim İbrahimli vəfat etdi

Sabiq deputat İbrahim İbrahimli vəfat etdi

Allah rəhmət eləsi̇n

16 İyun 2021, 08:33

Milli Şuranın üzvü, keçmiş deputat İbrahim İbrahimli bu gün vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun kürəkəni Toğrul İsmayıl bildirib: 

"Üzülərək bildirmək bildirmək istəyirəm ki, ailəmizin əzizi və böyüyü, qaynatam, istiklalçı millət vəkili, tanınmış ictimai xadim İbrahim İbrahimli bugün vəfat etmişdir". 

Qeyd edək ki, bir müddət öncə tibbi müayinədən keçən İ.İbrahimliyə xərçəng diaqnozu qoyulmuşdu. Məlum olmuşdu ki, onun beynində şiş əmələ gəlib və bunun nəticəsində beyin qan dövranı pozulub. Bu həm də İbrahim bəyin hərəkət etməsini çətinləşdirmişdi.


Sabiq deputat (1991-1995-ci illər) İbrahim İbrahimli uzun illər Müsavat Partiyasının ən nüfuzlu şəxslərindən biri olub. O, 2015-ci ildə Müsavatdan istefa verəndən sonra Milli Şuranın üzvü kimi siyasi fəaliyyət göstərirdi.

Allah rəhmət eləsin...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır