Modern.az

Ter-Petrosyan Koçaryanın Şuşa açıqlamasını PİSLƏDİ: “Yeni müharibə istəyir”

Ter-Petrosyan Koçaryanın Şuşa açıqlamasını PİSLƏDİ: “Yeni müharibə istəyir”

Qarabağ

16 İyun 2021, 11:20

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan xələfi Robert Koçaryanı sərt dillə tənqid etdi.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, eks-prezident Koçaryanın Şuşa və Hadrutu “geri qaytaracam” açıqlamasından narazı qalıb.

“Robert Koçaryan başımıza bəla gətirə bilər. Şuşa və Hadrutu hansı yolla geri almaq istəyir? İndi orda Azərbaycan Ordusu dayanır və onun fikrincə, onlar ərazidən sadəcə çıxıb gedəcək? Əraziləri yalnız müharibə yolu ilə almaq olar. Yəni Robert Koçaryan erməni xalqına yeni müharibə, yeni qurbanlar, qan və yeni itkilər söz verir. O bunu deyir”- deyə Koçaryan açıqlama verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!