Modern.az

Ter-Petrosyan: “Biz həm Əliyevlə, həm də Türkiyə ilə razılığa gəlməli olacağıq”

Ter-Petrosyan: “Biz həm Əliyevlə, həm də Türkiyə ilə razılığa gəlməli olacağıq”

16 İyun 2021, 13:36

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, hazırda Azərbaycanla müharibə təhlükəsi yoxdur.

 

"İndi Əliyevdən (Azərbaycan Prezidenti İlham Əliyevi nəzərdə tutur-red.) müharibə təhlükəsi gözlənilmir. Sülh hökm sürür, Rusiya qoşunları durur və Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil," - Ter-Petrosyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

 

"Razılaşa da bilərsiniz, razılaşmaya da, lakin nə zamansa biz həm Əliyevlə, həm də Türkiyə ilə hansısa bir razılığa gəlməli olacağıq. Qonşular əbədi düşmən ola bilməz," - o əlavə edib.

 

Müstəqil Ermənistanın ilk prezidentinin sözlərinə görə, qonşularla əbədi düşmənçilik Ermənistanın mövcudluğunu təhlükə altına qoyur. Vəziyyətin tənzimlənməsi üçün sülh, mehriban qonşuluq və əmin-amanlıq olmalıdır.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə gəldikdə isə, Ter-Petrosyan hesab edir ki, indən belə bu, Ermənistandan asılı deyil. Bu məsələni bəlkə Rusiya, ya da BMT həll edəcək və "barışmaqdan başqa bir yol" yoxdur.

 

"Heç bir erməni deyə bilməz: mən Qarabağ münaqişəsini həll edərəm. Belə şey yoxdur. Bu, illüziyadır," - o deyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır