Arxiv
16 İyun 2021, 15:58 | PARLAMENT
Ərdoğan Milli Məclisdən dünayaya MESAJ VERDİ

"Qarabağın azad edilməsi Azərbaycanın 30 ilinin ən mühüm hadisəsidir"

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdəki çıxışı zamanı deyib:

O bildirib ki, 30 illik qanayan yara sağalıb:

"Böyük bir liderlik göstərərək bu zəfəri və sülhü Azərbaycana qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını təbrik edirəm.

Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmanlığını xüsusi vurğulayan Prezident Ərdoğan deyib:

“Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə edən Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm.

Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, inşallah, sabah da yanında yer alacağıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv