Modern.az

Şuşa Bəyannaməsi bütün Türk dünyasına mesajdır – Ankaradan verilən QİYMƏT

Şuşa Bəyannaməsi bütün Türk dünyasına mesajdır – Ankaradan verilən QİYMƏT

Diaspor

16 İyun 2021, 16:50

“Azərbaycan və Türkiyə arasında imzalanan müqavilə ortaq tale məsələsidir”. 

Bunu Modern.az- a açıqlamasında Türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar dünən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” haqqında deyib.

 

Onun sözlərinə görə, iki ölkə hərbi güclərini bir-birinə bağlı şəkildə yerüstü, hava, dəniz sahəsində müdafiə üçün birləşdirib:

“Cənab İlham Əliyevin Qars müqaviləsinə toxunması bəyannamənin məzmunu baxımından son dərəcə önəlidir. Yəni hər ölkə bundan sonra edəcəyi bütün işləri bərabər edəcək. Azərbaycana qarşı hər hansı bir təcavüz olarsa, Türkiyə Azərbaycanın yanında yer alacaq, eləcə də Azərbaycan. Bu mənəda son dərəcə önəmli bir durumdur. İki ölkə liderləri mərhum Heydər Əliyev və əziz Atatürkün vəsiyyətinə uyğun olaraq, strateji işbirliyinə imza atmış oldular. Bunu əvvəlcə Qarabağ zəfərilə, sonra isə bir anlaşma ilə taclandırdılar. Şuşa Bəyannaməsi həmçinin son dərəcə geosiyasi bir mətndir. Çünki bu mətn gərək Qafqazın, gərək də Orta Asiyanın gələcəyini müəyyənləşdirən bir anlaşmadır. Azərbaycanın qazanmış olduğu bu zəfər bütün məzlum xalqlar üçün ilham qaynağı olacaq. Bundan sonra Azərbaycan və Türkiyənin öndərliyi ilə məzlum olan qardaş xalqlar üçün son dərəcə önəmli işlər olacağını düşünmək olar”.

 

Türkiyəli siyasi şərhçi İmbat Muğlu isə bildirib ki, türk dünyası tarixinə yazılacaq bir işbirliyinə imza atıldı: “Yüz il öncə Qars müqaviləsi bağlanmışdı. Burda bizim üçün önəmli olan Azərbaycan məsələsi idi. Türkiyənin Azərbaycanın hər zaman yanında olacağı, Azərbaycanın bir hissəsi olan Naxçıvan bölgəsinə muxtariyyətin verilməsi o zaman Türkiyənin gündəmində idi. Dünən də bununla bağlı tarix yazıldı. Burda bizim ən böyük naliyyətimiz türk milləti olaraq 250 milyondan çox türkün yaşadığı coğrafiyda bu insanların, bu millətin birləşməsi, qardaşlaşması üçün bir başlanğıcın olmasıdır. Sadəcə bir bəyannamə deyil, eyni zamanda zalımlara və zülmlərə qarşı türklərin necə bir birlik olduğunu bütün dünyaya göstərildi. Bu çox-çox önəmli bir mesaj idi”.

 

Ekspert Şuşa Bəyannaməsinin türk dünyasına ünvanlanan mesaj olduğunu söyləyib.

“Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyəni birləşdirən bir işbirliyi deyil - bütün türk ölkələri Azərbaycan və Türkiyə qardaşlığı kimi özümüzə dönməlidir. Biz bu birliyi yaratmasaq, dünən Şuşada yaşananlar, sabah Qazaxıstanda, Özbəkistanda və digər türk ölkələrində edilə bilər. Bu gün biz bunun Şərqi Türküstanda şahidi oluruq. Bir çox bölgədə Çinin etmiş olduğu təcavüz nəticəsində soydaşlarımız zülm altındadır. Biz birlik olub Turan ölkəsini bir araya gətirsək, əmin olun dünyaya çox güclü bir mesaj vermiş olacağıq. Azərbaycan və Türkiyə qardaşlığı bir çox türk dövlətlərinə örnək olmalıdır. Bu gün adına Şuşa bəyannasi dediyimiz müqaviləyə bənzər bir işbirliyi ilə hər hansı türk dövlətinin paytaxtında türk ölkələrinin birləşdiyini şahidi ola bilərik”.

 

Aysel Məhərrəm

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi