Arxiv
16 İyun 2021, 17:39 | HADİSƏ
Yoluxma azaldı, sağalan çoxaldı - 1 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 335291 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329038 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib, aktiv xəstə sayı 1294 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7023, hazırkı dövrədək isə 3644912  test aparılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv