Modern.az

Türkiyə ABŞ-a qarşı diplomatik hücuma keçir

Türkiyə ABŞ-a qarşı diplomatik hücuma keçir

Təhsil

10 Fevral 2010, 11:54

Türkiyə Ermənistanla imzalanmış protokolların taleyini müzakirə etmək üçün öz diplomatını Vaşinqtona göndərir. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlu ABŞ Dövlət Departamentində Türkiyə-Ermənistan yaxınlaşması ilə əlaqədar çox vacib danışıqlar aparacaq. Danışıqlarda Ermənistan Konstitusiya  Məhkəməsinin protokollara dair son qərarından dolayı Türkiyənin narahatlıqları Amerika tərəfə çatdırılacaq. Görüşlərdə həm də ABŞ Konqresində gözlənilən qondarma erməni genosidi qətnaməsi məsələsinə də toxunulacaq.  Fevralın 13-də başlayacaq  görüşlər bir neçə gün davam edəcək.   Vaşinqtondan sonra Türkiyə XİN rəsmisinin Moskva və Paris səfərləri də nəzərdə tutulub. Qeyd edək ki, Ankara Sürix protokolunun imzalanmasına vasitəçilik etmiş İsveçrə ilə də məsləhətləşmələr  aparıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!