Modern.az

Ermənistanın qəbuledilməz davranışı Avstraliyanın siyasi dairələrinin nəzərinə çatdırılıb

Ermənistanın qəbuledilməz davranışı Avstraliyanın siyasi dairələrinin nəzərinə çatdırılıb

Diaspor

17 İyun 2021, 13:17

 

Sidney şəhərində fəaliyyət göstərən Avstraliya–Azərbaycan–Türk Dostluq Birliyinin təşəbbüsü ilə Avstraliya İttifaqının siyasi dairələrinə azərbaycanlı jurnalistlərin mina partlayışında həlak olmasına etiraz əlaməti olaraq bəyanat göndərilib.  

 

Birliyin rəhbəri İmaməddin Qasımovun imzası ilə senatorlar, nazirlər və palata üzvləri daxil olmaqla, ümumilikdə 227 rəsmi şəxsə ünvanlanan bəyanatda Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən yerləşdirilmiş minaların xəritələri ilə bağlı rəsmi İrəvanın qəbuledilməz davranışı, bu hərbi cinayət nəticəsində ötən ilin noyabrından indiyədək 120-dən çox Azərbaycan vətəndaşının həlak olması və yaralanması nəzərə çatdırılıb. 4 iyun 2021-ci il tarixində baş vermiş növbəti mina partlayışında xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlərin həlak olduğu qeyd edilib. 

 

Azərbaycanlı icmasının mövcud durumdan narahat olduğunu vurğulayan birlik sədri Avstraliya hökumətini, parlament üzvlərini və digər müvafiq dövlət orqanlarını Ermənistanın davam edən təxribatlarını və mina xəritələrini verməkdən imtina etməsini qınamağa çağırıb: "Bu, təkcə mülki sakinlərə hücum deyil, həm də azad sözə və jurnalist fəaliyyətinə qarşı açıq-aşkar həyata keçirilən dəhşətli terror aktıdır".  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır