Modern.az

Bugünədək dünyada nə qədər insan yaşayıb? - RƏQƏM

Bugünədək dünyada nə qədər insan yaşayıb? - RƏQƏM

Dünya

17 İyun 2021, 16:08

Dünyada bu günə qədər nə qədər insanın yaşaması ilə bağlı müzakirələr davam edir. Rəsmi statistikanın olmaması, əhatə edilən geniş zaman kəsiyi və s. obyektiv faktorlar bu günə qədər dünyadan nə qədər insanın köçdüyünü dəqiqləşdirməyi çətinləşdirir.

 

Modern.az xəbər verir ki, Hollandiyanın Riyaziyyat və İnformatika Mərkəzi dünyada bu günə qədər dünyasını dəyişən insanların sayını hesablayıb.

Təxmini hesablamalara əsasən bu günə qədər 108,2 milyard insan anadan olub. Hesablamalar üçün başlanğıc nöqtəsi olaraq, eramızdan 50 min il əvvəl əsas götürülüb. Həmin vaxt müasir insanın əcdadı sayılan Homo Sapiens peyda olub.

 

Həmin vaxtdan 2020-ci ilə qədər dünyada 108,2 milyard insanın doğulduğu təxmin edilir. Onların 7,8 milyard nəfəri hələ də dünyada yaşayır.

“Dünyada bu günə qədər nə qədər insanın doğulması barədə məlumat heç zaman dəqiq olmayacaq. Bura həm keçmişlə bağlı yazılı sənədlərin çox az qisminin dövrümüzə gəlib çıxması, digər tərəfdən isə əhali sayının sürətlə dəyişməsi faktoru ilə əlaqəlidir”- deyə Mərkəz deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü