Modern.az

COVİD-19-a yoluxma artdı - ölən olmayıb

COVİD-19-a yoluxma artdı - ölən olmayıb

17 İyun 2021, 17:12

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 335339 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329191 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib, aktiv xəstə sayı 1189 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8162, hazırkı dövrədək isə 3653074  test aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü