Arxiv
17 İyun 2021, 17:18 | DİASPOR
Diaspor Komitəsi Van Dammın oğlu ilə əlaqə QURDU

“Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberqlə azərbaycanlı dostunun vasitəsilə əlaqə saxladıq və "Vətən uzaqda deyil" proqramının "Yad oğlu, yad qızı" rubrikası üçün müsahibə almaq istədiyimizi bildirdik -yad kürəkənimiz kimi”.


Modern.az
xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.

Onun sözlərinə görə, azərbaycanlı qız Suada Hacızadə ilə yenicə nikah bağlayan Kristofer Van Barenberq komitə nümayəndələrinə qəti cavab verməyib:


“Kristofer müsahibə verib-verməməyi azərbaycanlı xanımı Suada Hacızadə ilə məsləhətləşməli olduğunu bildirdi: "Şəxsi həyatımızla bağlı məlumatları ictimailəşdirmək üçün ortaq qərar verməliyik". Kristoferdən cavab gözləyirik”.


Xatırladaq ki, 21 yaşlı azərbaycanlı pianoçu Suada Hacızadə ilə 34 yaşlı Hollivud aktyoru Kristofer Van Barenberqin nikahı dünən Azərbaycanın İstanbuldakı Baş konnulluğunda kəsilib. Mərasimdə hər iki gəncin ailə üzvləri iştirak ediblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv