Modern.az

Deputat icra başçısına medal verib

Deputat icra başçısına medal verib

Təhsil

10 Fevral 2010, 11:56

Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafında xidmətlərinə görə cəmiyyətin “Qızıl Aypara” medalı ilə təltif edilib.

Modern.az xəbər verir ki, medal Sumqayıtda cəmiyyətin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirdə V.Əliyevə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruz Aslanov tərəfindən təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 10 mart 1920-ci ildə general-leytenant Əliağa Şıxlınskinin təşəbbüsü ilə yaradılıb. Qurumun məqsədi cəmiyyətin və insanların gücünü səfərbər edərək qayğıya ehtiyacı olan insanlara xidmət etməkdir. Cəmiyyət humanitar dəyərlərin yayımı, fövqəladə hallara hazırlıq və yardım, axtarış, ilk yardım, sağlamlıq və qayğı, miqrasiya, gənclər və könüllülər və sair istiqamətlər üzrə fəaliyyət göstərir.

25 noyabr 1994-cü ildə Milli Məclis “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanun qəbul edib. Bu qanuna görə Respublika Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının tərkib hissəsi olaraq respublikamızda bu sahədə fəaliyyət göstərən yeganə rəsmi, humanitar təşkilat kimi təsdiq edilib.

Cəmiyyət 1995-ci ildən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvüdür. Hazırda cəmiyyətin 170 mindən çox üzvü, 15 mindən artıq könüllüsü var.   

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır