Modern.az

“Media haqqında” Qanun layihəsi ekspertizaya verilib

“Media haqqında” Qanun layihəsi ekspertizaya verilib

Media

17 İyun 2021, 18:27

Prezident İlham Əliyevin tapşırığı ilə işlənən yeni “Media haqqında” qanun layihəsi artıq hazırdır.

Modern.az xəbər verir ki,  Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov qanun haqqında detalları diqqətə çatdırıb. MEDİA rəhbərinin sözlərinə görə, ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmana əsaslanan yeni qanun layihəsi hüquqi ekspertizadadır:


“Yeni qanun layihəsinin hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, media reyestrinin formalaşdırılmasıdır. Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audioviziual media və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir. Hazırda bu istiqamətdə iş gedir”.


Əhməd İsmayılov onu da qeyd edib ki, İşçi qrup tərəfindən qanun layihəsinin ekspertizası yekunlaşdırıldıqdan sonra qısa müddət ərzində parlamentə təqdim ediləcək.


Xatırladaq ki, hazırda Milli Məclisin növbədənkənar sessiyası keçirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi