Modern.az

Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ

Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ

Diaspor

17 İyun 2021, 18:50

Tanınmış jurnalist Sevil Nuriyeva Azərbaycanın azad olunmuş ərazilərinə səfərlə bağlı “Feysbuk” hesabında paylaşım edib.

Jurnalist paylaşımda qeyd edib:


“Şuşaya getmək istəyən təbii ki, çoxluq təşkil edir. Buna narazılıq bildirənləri də gördüm.

Azərbaycan Diaspor Komitəsinin bu mövzuda önə düşməsi lazımdır. Haqlı olaraq könül qırıqlıqları olanlar da var. Azərbaycandan və bütün dünyadakı Azərbaycan sevdalılarında da bir könül qırıqlığı var. Bəzi narazı dolu mesajları, paylaşımlar gördüm. Doğrusu çox məyus oldum.

Şuşa hələ geniş heyətləri qəbul etməyə hazır deyil. Yol boyunca yenidənqurma işlərinə şahidlik etdik. Orada ciddi işlər aparılır. Şuşa sanki yenidən qurulur.  

Buna baxmayaraq, şuşalı jurnalistlərimizi, Qarabağ məsələsində ön planda olan yazarların oraya aparılmasını təmin etmək çox yararlı olardı”.


Modern.az
-ın əməkdaşı bu təkliflə bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa ilə danışıb:


Fazil Mustafanın sözlərinə görə, S.Nuriyeva yerində olan təklif irəli sürüb:


“Bu, yerində olan bir təklifdir. Çünki bu ərazilərlə bağlı əsas təbliğatın xaricdə aparılması vacibdir. Xaricdə yaşayan çox dəyərli jurnalistlərimiz var. Sevil xanım özü də Azərbaycan üçün çox böyük işlər görüb. Eyni zamanda, xaricdə tanıdığımız, tanımadığımız çox sayda jurnalistlərimiz var ki, bu mövzunu digərlərinə nisbətən Türkiyə mediasında daha çox qabarıq şəkildə gündəmə gətirə bilərlər.

Bu səfəri təşkil etmək olar. Bunu hansı qurumun təşkil edəcəyini söyləyə bilmərəm. Açığı biz özümüz hələ o bölgələrdə olmamışıq. Lakin hesab edirəm ki, faydalı olar. Yerində olan bir təklifdir. Onu gerçəkləşdirmək lazımdır. Təbliğat bütün yönlərdən aparılsa, bütün ölkələrdə olan jurnalist bacı-qardaşlarımız Azərbaycan mövzusunu bu şəkildə gündəmə gətirsələr, öz gözləri ilə şahid olduqları mənzərəni diqqətə çatdırsalar, bu hər kəsə faydalı olacaq”.


Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!