Modern.az

Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi

Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi

18 İyun 2021, 00:06

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Prezidenti Co Baydenin Cenevrədəki mətbuat konfransına rusiyalı jurnalistlərin buraxılmamasını ABŞ tərəfinin narahatedici suallardan qorxması ilə əlaqələndirib.

 

Modern.az xəbər verir ki, XİN rəsmisi bunu RTVI televiziyasına açıqlamasında deyib.

 

“Amerikalıların mətbuat konfranslarına rusiyalı jurnalistləri buraxmaması pisdir. Mətbuat konfranslarımızda amerikalı jurnalistlər ilk sıralarda otururdu. Zənnimcə, narahatedici suallardan qorxurlar.

Media sahəsinin senzuraya məruz qalmaması, jurnalistlər üzərində nəzarət əskikliyi, azadlıqlarla əlaqədar nə varsa, hamısı hekayədir, tətbiqi isə bax budur.

Ancaq ABŞ tərəfinin brifinqə rusiyalı jurnalistləri buraxmamaq və ya əvvəlcədən dəvət etməmək onların böyük məğlubiyyətidir. Onlar tamamilə haqsızdırlar”, - deyə M.Zaxarova bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi