Modern.az

Putin Dumaya seçkilər təyin etdi

Putin Dumaya seçkilər təyin etdi

18 İyun 2021, 00:34

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçiriləcək seçkilərinin vaxtının təyin edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

“Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması deputatlarının seçilməsi haqqında 22 fevral 2014-cü il tarixli, 20-FZ saylı Federal Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq qərar alıram:

Rusiya Federasiyası Federal Məclisinin yeni çağırış Dövlət Dumasına deputatların seçilməsi 19 sentyabr 2021-ci il tarixinə təyin edilsin” - Fərmanda deyilir.

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır