Modern.az

Azərbaycanın beynəlxalq axtarışa verdiyi erməni milyarder Koçaryanı DƏSTƏKLƏDİ

Azərbaycanın beynəlxalq axtarışa verdiyi erməni milyarder Koçaryanı DƏSTƏKLƏDİ

18 İyun 2021, 11:30

Rusiyanın “Taşir” şirkətinin erməni mənşəli prezidenti, milyarder Samvel Karapetyan növbədənkənar parlament seçkiləri ilə bağlı açıqlama verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iş adamı dolayı yolla eks-prezident Rober Koçaryana və “Ermənistan” blokuna dəstək ifadə edib.

“Ölkədə dərin böhran olsa da, bunun öhdəsindən gələ biləcəyik. Və ümumi Vətənimizlə həmişə olduğu kimi fəxr etməyə davam edəcəyik”- deyə Koçaryan söyləyib.

 

O, müraciətini Koçaryanın “hər şey yaxşı olacaq” şüarı ilə yekunlaşdıraraq siyasi seçimini nümayiş etdirib.

Xatırladaq ki,  Samvel Karapetyan Azərbaycan Baş Prokurorluğu tərəfindən CM-nin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü ( qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi