Modern.az

Göstəriciləri yüksək olan tələbələrə güzəştlər olunacaq - Nazir

Göstəriciləri yüksək olan tələbələrə güzəştlər olunacaq - Nazir

18 İyun 2021, 11:16

Yaxşı göstəriciləri olan tələbələrə Təhsil Tələbə Kredit Fondun tərəfindən güzəştlər olunacaq.

 

Modern.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

 

Nazir bildirib ki, kredit verilən zaman tələbələrin giriş balları da nəzərə alınacaq. Onun sözlərinə görə, tələbə yaxşı oxuyarsa və göstəriciləri yüksək olarsa həmin tələbələrə güzəştlər tətbiq olunacaq, yəni faizində və ya əsas məbləğində müəyyən güzəştlər olunacaq.

 

Nazir əlavə edib ki, tələbə kreditləri birbaşa olaraq tələbənin oxuduğu universtetin hesabına köçürüləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər