Modern.az

Təhsil Tələbə Kreditləri növbəti tədris ilindən verilə bilər - Nazir

Təhsil Tələbə Kreditləri növbəti tədris ilindən verilə bilər - Nazir

18 İyun 2021, 11:41

"Təhsil Tələbə Kredit Fondu növbəti tədris ilindən kredit verə bilər"

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

 

Nazir qeyd edib ki, növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Kredit Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq:

 

E.Əmrullayev bildirib ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq:

 

“Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Güzəştlərin edilməsi də nəzərdə tutulacaq. Bu kredit kommersiya məqsədi daşımır. Gələcəkdə müxtəlif mənbələrdən Fondun mailiyyəsi artırıla bilər. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da veriləcək. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək”.

 

Mehri Qurban

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir