Modern.az

Ağdaşda qardaş qardaşı GÜLLƏLƏDİ

Ağdaşda qardaş qardaşı GÜLLƏLƏDİ

Hadisə

18 İyun 2021, 12:40

İyunun 17-i saat 23 radələrində 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfovun Ağdaş rayonunun Abad kəndi ərazisində öldürülüb.

 

Ağdaş rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir