Arxiv
18 İyun 2021, 14:20 | QARABAĞ
Kremldən növbəti Qarabağ XƏBƏRDARLIĞI: “Bakı və Yerevanla....”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağla bağlı qısa açıqlama verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov Moskvanın Qarabağ məsələsini diqqətdə saxladığını xatırladıb.


“Moskva Dağlıq Qarabağla bağlı Bakı və Yerevanla daim əlaqədədir. Qarşıdakı bütün addımlar Cənubi Qafqazda vəziyyətin stabilləşməsinə, infrastukturun, nəqliyyat logistikasının inkişafına, vəziyyətin ümumən düzəlməsinə xidmət etməli, özündə gərginliyin artması üçün heç bir element nəzərdə tutmamalıdır”- deyə o söyləyib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv