Modern.az

Zəngəzur dəhlizi: Gürcüstanın qısqanclığı, İranın ikiəlli razılığı, Rusiyanın ehtiyatı…

Zəngəzur dəhlizi: Gürcüstanın qısqanclığı, İranın ikiəlli razılığı, Rusiyanın ehtiyatı…

18 İyun 2021, 16:24

Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsindən sonra dəhlizin açılması məsələsi daha da aktuallaşıb. Dəhlizin açılması təkcə Azərbaycan və Türkiyə üçün yox, regional dövlətlər üçün də iqtisadi imkanlar yaradacaq.

 

Bununla bağlı iqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, Zəngəzur dəhlizinin açılması və nəqliyyat xəttinin olması bu ölkələr arasında ticarət dövriyyəsinin daha da artmasına gətirib çıxara bilər.
 

Zəngəzur dəhlizinin regional önəmi

“Türkiyə və Azərbaycan prezidentlərinin regional altılıq ölkələri üçün gələcək iqtisadi inteqrasiya perspektivləri çox cəlbedicidir. Bu, əslində bütün ölkələrin yararınadır. Altılıq ölkələrin vətəndaşları böyük bir bazar deməkdir. Bu regional ölkələrin birgə ticarət münasibətlərinin olması ticarət dövriyyəsinin daha da artmasına gətirib çıxara bilər. Bu da kiçik sahiblərdən böyük sahiblərə qədər hamının xeyrinə olacaq.  Altılıq ölkələrin birliyi formalaşacaqsa, gələcəkdə digər iqtisadi oyunçular - Çin, Avropa Birliyi və s. bazarla daha yaxşı münasibətlər qurmağı üçün xüsusi maraqda olacaqlar”.
 

Ermənistan gələcəkdə dəhlizin açılmasında maraqlı ola bilər

“Ermənistan tərəfinin hələlik bu təkliflərə normal reaksiya verməməyinin səbəbini anlamaq mümkün deyil. Bu fürsətlər ölkə iqtisadiyyatı üçün də yeni imkanlar yaradacaq. Ermənistanın kiçik bir bazarının olmasını və əhalisinin az olmasını nəzərə alaraq, Ermənistanın yeni bazarlara, investisiyalara ehtiyacı olduğunu deyə bilərik. Ona görə də, gələcəkdə  bu dəhliz açıldıqdan sonra regional olaraq böyük bazara çıxış əldə etdiyinə görə, qarşılıqlı investisiyaların qoyulması əlavə fürsətlər qazanacaq. Bu ilin sonuna qədər dəhlizlə bağlı addımların atılması gözlənilir. Gələcəkdə də Ermənistan bu proseslərdən kənarda qala bilməyəcək. Çünki kənarda qalsa, özü itirəcək”.
 

Rusiya üçün yeni imkanlar

“Əslində Rusiya ilə bağlanan 10 noyabr sazişinin bəndlərindən biri məhz bu koridorun açılması  ilə bağlıdır. Rusiya bu dəhlizin açılmasında maraqlı ola bilər. Burdan əlavə kommunikasiya xətləri əldə edilə bilər. Əlavə kommunikasiya xətləri Rusiyanın həm ticarət, həm də təhlükəsizlik baxımından fürsətdir.

Nəzərə alsaq ki, Ermənistanda hələ də söz sahibi Rusiyadır, çünki sərhədlərini rəsmi qərarlara görə, hələ də Rusiya qoruyur. Burda həmçinin Zəngəzur dəhlizi sərhədlərinin qorunması da Rusiyanın üzərinə qoyulub. Bunu da nəzərə alsaq, Zəngəzur dəhlizinin açılmasında Rusiyanın da maraqlı olduğunu görə bilərik”.
 

İran Zəngəzur dəhlizinəikiəlli razıdır

“Əslində İran üçündə kifayət qədər cəlbedici bir təklifdir. İranın uzun illərdir izolasiyada qaldığını nəzərə alsaq, bu fürsəti çox yaxşı qiymətlənirəcəyini deyə bilərik. Rəsmi Tehran həm də Şimal dəhlizinin iştirakçısıdır. Azərbaycanın da iştirakı ilə İran ərazisində yarım milyard dollarlıq bir investisiya layihəsi həyata keçirilir. Fars körfəzini Baltik dənizinə bağlayacaq yeni bir xəttin açılması nəzərdə tutulub. Bu xəttin tərkib hissəsi kimi də Zəngəzur dəhlizinin açılması İranın da iqtisadi maraqlarına xidmət edir”. 

 

Gürcüstanın Zəngəzur dəhlizinə qısqanc münasibəti

“Gürcüstən tərəfindən bəzi narahatçılıqlar var ki, yeni dəhlizin açılması Bakı- Tbilisi- Qars dəmir yolunun əhəmiyyəti azala bilər. Gürcüstan üzərindən keçən tranzit yüklərin həcmi bununla da aşağı enəcək. Gürcüstanın belə bir narahatçılığı var. Bu da daha çox Gürcüstanın daha çox az pul qazanmasına səbəb ola bilər. Amma Türkiyə prezidenti bəyanatların birində səsləndirdi ki, Gürcüstan tərəfi ilə bu məsələni müzakirə edir, Gürcüstanın Baş nazrinə gələcəkdə bu dəhlizin açılmasının ölkə üçün də ciddi əhəmiyyət daşıya biləcəyini deyib. Doğurdan da Gürcüstan üçün əlavə fürsətlər olacaq. Məsələn, Gürcüstanın dəmir yolu vasitəsi ilə İrana çıxışı yoxdur.  Bu da iki ölkə arasında iri ticarət əlaqələrinin yaranmasına səbəb ola bilər. Çalışmaq lazımdır ki, Gürcüstanın bu narahatlığı aradan qalxsın”.
 

Dəhliz Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirəcək

“Türkiyənin Azərbaycan üzərindən Orta Asiyaya yeni bir böyük xəttin açılması gözlənilir. Bu yaxınlarda Türkiyənin iqtisadi perspektivləri ilə bağlı strateji bir sənəd qəbul olundu. Orda hədəflərdən biri kimi Orta Asiya Respublikaları, əsasəndə Türk Cümhuriyyətləri ilə ticarət dövriyyəsini azı iki dəfə artırmaq hədəf kimi qarşıya qoyulub. Əvvəllər bu xəttin daha da inkşaf etdirilməsi üçün loqistik çətinliklər yaradırdı. Çünki əsas Gürcüstan üzərindən keçməklə Azərbaycana, burdan da Xəzər dənizi üzərindən  Orta Asiyaya daha uzun və bahalı xətt mövcud idi. İndi dəhliz açıldıqdan sonra Türkiyə məhsullarının həm dəmir yolu ilə, həm də avtomobil yolu ilə daha qısa və ucuz məhsulları çatdırılacaq”.

 

Aysel Məhərrəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi