Modern.az

Aktiv xəstə sayı 1000-ə düşdü - Son sutkanın yoluxanları

Aktiv xəstə sayı 1000-ə düşdü - Son sutkanın yoluxanları

18 İyun 2021, 16:40

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 335399 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 323391 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat edib, aktiv xəstə sayı 1099 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7953, hazırkı dövrədək isə 3661027  test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?