Modern.az

“Sosial media saxta xəbərləri böyüdür” - Prezidentin köməkçisi

“Sosial media saxta xəbərləri böyüdür” - Prezidentin köməkçisi

18 İyun 2021, 20:36

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edib.

 

Modern.az xəbər verir ki, “Virtual dünyada saxta xəbərlər” mövzusunda keçirilən paneldə hazırda qlobal problemə çevrilən saxta, uydurma informasiyaların yayılması, onun yaratdığı təhlükələr və vəziyyətdən çıxış yolları müzakirə olunub.

 

Hikmət Hacıyev çıxışında ölkəmizin müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən məqsədli şəkildə yayılan “feyk nyus” hücumlarına məruz qaldığını, hətta bəzi xarici kütləvi informasiya vasitələrinin həqiqətə uyğun olmayan həmin informasiyalara istinad edərək Azərbaycan haqqında yalnış rəy formalaşdırmağa çalışdığını bildirib. Təəssüflə qeyd olunub ki, hətta bəzi hallarda Azərbaycan haqqında həqiqi məlumat yayan şəxslərin sosial media hesablarının bağlanması halları da müşahidə olunub.

 

“Sosial media saxta xəbərləri böyüdür. Süni intellekt bu problemi daha da artırır” - deyə H.Hacıyev bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı