Modern.az

Rusiya Türkiyəyə uçuşları bərpa etdi

Rusiya Türkiyəyə uçuşları bərpa etdi

Dünya

18 İyun 2021, 20:48

Rusiya ilə Türkiyə arasındakı uçuşlar yenidən başlayır.

 

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hava nəqliyyatı ilə səfərlərin iyunun 22-dən bərpası nəzərdə tutulub.

 

“Türkiyədə olan mütəxəsssis heyətinin gəldiyi qənaətə əsasən, uçuşların iyunun 22-dən etibarən bərpası qərara alındı”, - Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.

 

T.Qolikova əlavə edib ki, Türkiyədə xidmət sektorundakı bütün işləyənlərin vaksinasiyadan keçirilməsi üçün kampaniya başladılıb:

 

“Hotel işçiləri arasında vaksinasiya faizi 60-90 arasındadır”.

 

Bundan başqa, baş nazirin müavini iyunun 28-dən Azərbaycan, Avstriya, Yunanıstan, Qatar, İordaniya və digər ölkələrə reyslərin sayının artırılacağı, eləcə də ABŞ, Belçika, İtaliya, Bolqarıstan, İordaniya, İrlandiyaya reyslərin açılacağını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır