Modern.az

Professorlar yaşıl enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdılar

Professorlar yaşıl enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdılar

18 İyun 2021, 22:31

 

18 iyun 2021-ci il tarixində Azərbaycan Texniki Universitetinin “Maşınqayırma texnologiyası”  kafedrasında “Gələcəyin əsas energi mənbəyi: Yaşıl hydrogen texnologiyası” mövzusunda onlayn-formatda elmi texniki seminar keçirilib.

 

Modern.az xəbər verir ki, elmi-texniki seminarda AzTU-nun rektoru prof. Vilayət Vəliyev, Beynəlxalq əlaqələr üzrə prorektor prof. Sübhan Namazov, SOCAR –ın departament müdirləri Dr. Valeh Şamilov və Dr. Elbəy Babayev, H.Əliyev adılna Neftayırma zavodunun rekonstruksiya və modernizasiya layihəsinin rəhbəri Dr. Araz Tağızadə,AzTU-nun dəvət olunmuş kafedra müdirləri və “Maşınqayırma texnologiyası” kafedrasının professor-müəllim heyəti iştirak edib.

 

Seminarda Azərbaycan Texniki Universitetinin məzunu, hazırda Almaniyada yaşayan və Siemens Energy müəssisəsinin Yeni Enerji Biznesi, Elm və Texnika bölməsinin rəhbəri Dr.-İng. Yaşar Musayev bu mövzuda ətraflı məruzə ilə çıxış edib. Çıxışdan sonra məruzəçiyə mövzu ilə əlaqədar suallar verilmiş və maraqlı müzakirələr aparılıb. Seminarda ölkəmizin enerji təhlükəsizliyi baxımından yaşıl enerji texnologiyalarının strateji yol xəritəsinin hazırlanması və onun elmi-ictimai müzakirəsinin təşkili məsələrinə də toxunulub.

 

AzTU-nun rektoru prof. Vilayət Vəliyev seminarda çıxış edərək yaşıl enerji texnologiyalarının nəinki ətraf mühitin qorunması, o cümlədən ölkələrin enerji təhlükəsizliyinin təmin olunması baxımından böyük elmi, iqtisadi, texniki, sosial və ictimai əhəmiyyətə malik olmasını qeyd edib.

 

Moderator prof. Nizami Yusubov AzTU-nun Vətəndən  kənarda yaşayan, qabaqcıl istehsal və elmi fəaliyyətlə məşğul olan keçmiş məzunları ilə elmi-texniki seminarların keçirilməsini və belə seminarların elmi-praktiki əhəmiyyətinin vacibliyini vurğulayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi