Modern.az

Obama İranı hədələdi

Obama İranı hədələdi

10 Fevral 2010, 12:10

Ağ Evdə çıxış edən prezident Barak Obama yenidən İranı hədələyib. Modern.az xəbər verir ki, prezident bəyan edib ki, ABŞ və onun müttəfiqləri İrana qarşı “uzunsürən sanksiyalar rejimi” hazırlayır. Onun sözlərinə görə, bu rejim İranın nüvə proqramını davam etdirmək səylərinə beynəlxalq birliyin vahid cavabı olacaq. Obama İrana qarşı sanksiyalar rejiminin Rusiya tərəfdən dəstəklənməsini də məmnunluqla qarşılayıb.  Obama qeyd edib ki, verdiyi vədlərə baxmayaraq, İran nüvə silahı üzərində işləyir. Ağ Evdə hamının gözləmədiyi şəraitdə Obama bəyan edib ki, beynəlxalq birlik İrana qarşı öz səylərini birləşdirəcək. Prezident İrana qarşı sanksiyalar planı üzərində işlərin tam vüsəti ilə davam etdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?