Modern.az

UEFA-nın tövsiyəsi fitə basıldı

UEFA-nın tövsiyəsi fitə basıldı

19 İyun 2021, 00:15

AVRO-2020-nin qrup mərhələsinin İngiltərə - Şotlandiya oyunundan əvvəl komandalar dəstək xarakterli ənənəni davam etdirib.

 

Modern.az xəbər verir ki, start fitinə bir neçə saniyə qalmış futbolçular və hakimlər diz üstə çöküblər.

 

 

Bu, UEFA-nın tövsiyəsinə uyğun olaraq irqçiliyə etiraz əlamətidir. Lakin bu hərəkət “Uembli” stadionuna toplaşan azarkeşlərin xoşuna gəlməyib. Britaniyalı fanatlar futbolçuların bu addımını fitə basıblar. Uğultu səsinin eşidilməməsi üçün stadion nümayəndələri musiqi qoşublar.

 

Qeyd edək ki, İngiltərə və Şotlandiya D qrupunda yer alır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir