Modern.az

Bu gün Bakıda avtobuslar işləməyəcək

Bu gün Bakıda avtobuslar işləməyəcək

Aktual

19 İyun 2021, 00:01

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

 

Modern.az xəbər verir ki, 20 iyun - bazar günü isə Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişin daşımaları adi rejimdə yerinə yetiriləcək.

 

Həmin gün futbol üzrə Avropa çempionatının Bakıda növbəti oyunu keçiriləcək. A qrupunda Türkiyə yığması İsveçrə millisi ilə qarşılaşacaq. Bununla əlaqədar müntəzəm marşrut xətləri üzrə sərnişin avtobusları bazar günü adi rejimdə işləyəcək.

 

Bakı metrosunda isə bütün iyun ayı ərzində, o cümlədən bu həftəsonu – iyunun 19-u və 20-də sərnişindaşıma fəaliyyəti davam etdiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi