Modern.az

İngiltərə Şotlandiya ilə bacarmadı

İngiltərə Şotlandiya ilə bacarmadı

Aktual

19 İyun 2021, 00:59

Futbol üzrə Avropa çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, ilk matçda qələbə qazanan İngiltərə Şotlandiya ilə üz-üzə gəlib.

 

Londondakı "Uembli" stadionunda gerçəkləşən qarşılaşmanı ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edib. Görüş başladığı kimi qolsuz bərabərliklə bitib.

 

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran İngiltərə Çexiya ilə birlikdə ilk iki pilləni bölüşdürür. Şotlandiya və Xorvatiyanın isə 1 xalı var.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü