Modern.az

"Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA

Ədəbi̇yyat

19 İyun 2021, 10:10

Yazıçı Əkrəm Əylislinin səhhətində ciddi problem yarandığı və vəziyyətinin ağırlaşdığına dair məlumat yayılıb. Onun yeriməkdə və danışmaqda çətinlik çəkdiyi vurğulanıb.

 

Məsələ ilə bağlı Modern.az-ın telefon zəngini çox gümrah səslə cavablandıran yazıçı hər şeyin qaydasında olduğunu deyib:

"Mən yaxşıyam, kim nə yazır, nə uydurur, özü bilər. Mən əminəm ki, bu, bəzi jurnalistlərin təxəyyülünün məhsuludur".

 

Əlavə deyəcək sözü olmadığını bildirən Ə. Əylisli bununla belə, hər kəsə can sağlığı arzulayıb.

 

Qeyd edək ki,1937-ci il dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olan Əkrəm Nəcəf oğlu Naibov-Əylisli uzunmüddətli fəaliyyətinə görə Xalq yazıçısı fəxri adına layiq görülmüş, “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilmiş, 2005-ci ildə millət vəkili belə seçilmişdi.

Erməni saxtakarlığına şərik olan “Daş yuxular” romanının Rusiyada dərcindən sonra Əkrəm Əylislinin heç də bu xalqın yazıçısı olmadığı bildirildi. Böyük rezonans doğuran əsərdən sonra ictimai fikri əsas götürən Prezident İlham Əliyevin 7 fevral 2013-cü il tarixli sərəncamı ilə o, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "xalq yazıçısı" fəxri adından məhrum edilib, ordenləri geri alınıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...