Modern.az

Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb”

Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb”

19 İyun 2021, 12:16

Qarabağ münaqişəsi başa çatıb və region ölkələri diqqətini gələcəyə yönəltməlidir.

 

Modern.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Antalyada Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" adlı panel müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalına çoxdan son qoyulsa da, bəziləri hələ də "münaqişə" terminini istifadə edir:

"Münaqişə tənzimlənib. Bu o demək deyil ki, bütün məsələlər həll olunub, amma Azərbaycan dəfələrlə Ermənistanı sülh sazişini imzalamağa çağırıb. Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq".

                

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?