Modern.az

Avtomobil bazarında son vəziyyət necədir?

Avtomobil bazarında son vəziyyət necədir?

Aktual

19 İyun 2021, 12:40

Koronavirus pandemiya digər sahələrdə olduğu kimi maşın bazarına da təsirsiz ötüşməyib. Belə ki, karantin dönəmində bağlanan əksər müəssisə, iri ticarət mərkəzləri kimi maşın bazarı da fəaliyyətini dayandırdı.

Maraqlıdır bəs postpandemiya dönəmində digər sahələr kimi maşın bazarında canlanma varmı? Qiymətlərdə hansı dəyişiklik müşahidə olunur?

 

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Modern.az-a danışarkən bildirib ki, yay mövsümü ilə əlaqəli olaraq qiymətlərdə nisbi artım müşahidə edilib:

“Təbii ki, yay mövsümü olduğu üçün avtomobil bazarında təkliflərin həcminin azalması prosesləri gedir. Bu mövsüm üçün xarakterik bir haldır. Təklif azaldıqca nəticədə qiymətlərdə nisbi artım müşahidə olunmaqdadır. Düzdür, artımlar ciddi nəzərə çarpmır. Təqribən qiymətlərdə 5% dəyişmə olub”.

 

Ekspert deyib ki, avtomobil bazarında müşahidə olunan nisbi artım qisamüddətli bir dövrü əhatə edəcək:

“Hesab edirəm ki, qiymət artımı qısamüddətli bir dövrü əhatə edəcək. Təxminən avqustun sonlarına doğru qiymətlərin yenidən stabilləşməsi tendensiyası baş verəcək. Amma təhlillər onu göstərir ki, indiki zamana nisbətdə pandemiya dönəmində avtomobil bazarına maraq çox idi. Bunun da əsas səbəblərindən biri ictimai nəqliyyatda müəyyən məhdudiyyətlərin tətbiq olunmasıdı. Potensial alıcıların bazara marağını artırırdı. Əvvəl ki dövrlə müqayisədə artım yüksək deyil, amma təklifin azalması hesabına qiymətlərdə nisbi artımlar müşahidə olunur”.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!