Modern.az

Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək

Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək

Aktual

19 İyun 2021, 13:16

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Pakistan Milli Mühəndislik Xidmətləri” şirkətinin (NESPAK) nümayəndələri ilə görüşüb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, M.Cabbarov ölkəmizin Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini, Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Pakistanla iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişlənməsində rolu qeyd edilib.

 

NESPAK şirkətinin icraçı direktoru Tahir Məsud rəhbəri olduğu şirkətin fəaliyyəti barədə məlumat verib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin də iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək yenidənqurma layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır