Modern.az

İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir

İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir

Dünya

19 İyun 2021, 17:15

13-cü çağırış İran prezident seçkilərində 17,9 milyon (61,9%) səslə İbrahim Rəisi qalib gəlib.

Modern.az-ın məlumatına görə, bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, ümumilikdə prezident seçkilərində 59,3 milyon nəfər seçicidən 28,3 milyon nəfər səs verib. Bu isə seçkidə iştirakın 48,8% təşkil etdiyini göstərir.

Rəhmani Fəzli əlavə edib ki, digər namizədlər Möhsün Rzayi 3,4 milyon (11,7%) səs, Əbdülnasir Hemməti 2,42 milyon səs (8,3%), Əmirhüseyn Qazizadə Haşemi təxminən 1 milyon (3,4%) səs toplayıb.

Seçkilərdə 3,72 milyon səs isə etibarsız səs sayılıb.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü