Modern.az

Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur

Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur

Hadisə

19 İyun 2021, 17:19

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 335437 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329462 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat edib, aktiv xəstə sayı 1014 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7254 hazırkı dövrədək isə 3668281 test aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır