Modern.az

Britaniyada yoluxma sürətləndi

Britaniyada yoluxma sürətləndi

Dünya

19 İyun 2021, 23:50

Böyük Britaniyada koronavirusa yoluxmada artım müşahidə olunur. Ölkədə virusun Delta növünün sürətlə yayılması narahatlıq doğurur.

 

Modern.az xəbər verir ki, Krallıqda son 24 saat ərzində 10 mindən çox insan koronavirusa yoluxub, 11 nəfər həyatını itirib. London İmperial Kolleci tərəfindən aparılan araşdırma zamanı, ölkədə pandemiyanın yayılmasına səbəb kimi gənclərin hələ də peyvənd olunmaması göstərilib.

 

Tədqiqatçılar epidemiyanın daha da yayılmasının qarşısını almaq üçün gənclərə peyvənd vurulmasının vacib olduğunu açıqlayıblar.

 

Bununla bərabər, ölkədə 42 milyondan çox adama peyvəndin 1-ci dozası, 30 milyondan çox adama isə 2 doza vurulub.

 

Qeyd edək ki, Britaniyada artan yoluxma hallarına görə karantin qaydalarının ləğvi 4 həftə təxirə salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi