Arxiv
20 İyun 2021, 09:20 | DÜNYA
Bolnisidə silahlı insident: abxaz gənc öldürüldü

Ötən gün Bolnisi rayonunda ölümlə nəticələnən silahlı insident baş verib.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, odlu silahdan açılan atəş nəticəsində 1 nəfər həlak olub. Mövcud məlumata görə, insident zamanı həyatını itirən gənc Abxaziyadan olub. O, Dmanisidə yaşayıb və dostları ilə birlikdə Bolnisidə işlədiyi üçün kirayədə yaşayırmış.

 

İddialara görə, hadisə gənclər arasında yaranan mübahisədən sonra baş verib. Hadisə zamanı silahdan açılan atəş nəticəsində ağır yaralanan gənc xəstəxanaya yerləşdirilsə də lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

Daxili işlər nazirliyi faktla bağlı cinayət məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddə əsasında istintaq başladığını açıqlayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv