Arxiv
20 İyun 2021, 09:38 | DÜNYA
Bayden İsrail prezidenti ilə görüşəcək

ABŞ prezidenti Co Bayden iyunun 28-də israilli həmkarı Reuven Rivlin ilə Ağ evdə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ evin sözçüsü Cen Psaki məlumat yayıb. Onun sözlərinə görə , Prezidentlər bölgənin üzləşdiyi bir çox çətinlikləri müzakirə edəcəklər:

 

“Rivlinin prezidentlik müddəti başa çatır və bu səfər iki ölkə arasındakı dostluğun möhkəmləndirilməsində onun illər ərzində göstərdiyi fədakarlığa hörmət olacaqdır”-,deyə C. Psaki qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv